La Liqaya gələn klub oyun alverində ittiham edilir


İdman 30 May 2018 17:13:00 331 0

La Liqaya gələn klub oyun alverində ittiham edilir

2017/2018 mövsümünün nəticələrinə görə, tarixində ilk dəfə La Liqaya vəsiqə qazanan Huesca oyun alverində şübhəli bilinir.

Goal.az xəbər verir ki, söhbət Sequndanın 41-ci turunda Gimnastic-lə keçirilən qarşılaşmadan gedir. Həmin oyuna qədər Huesca artıq elitaya vəsiqəni təmin etmişdi. Gimnastic isə Sequndada yerini qorumaq üçün mübarizə aparırdı. Qarşılaşma Huesca-nın 0:1 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Oyun zamanı bukmeker kontorları ilk hissənin heç-heçə, oyunun isə Gimnastik-in minimal hesablı qələbəsi ilə yekunlaşacağına külli miqdarda vəsait qoyulduğunu müşahidə ediblər. Məlumata görə, əsas yatırımlar Asiya və Ukraynadan edilib.

La Liqa rəhbərliyi məsələ ilə bağlı araşdırmalara başlayıb. Tərəflər isə bütün ittihamları rədd edirlər.