"Qeyriformal məşğulluğun tamamilə aradan qaldırılması mümkün deyil"


Digərləri 30 May 2018 16:43:00 322 0

"Qeyriformal məşğulluğun tamamilə aradan qaldırılması mümkün deyil"

Qeyri-formal məşğulluğun tamamilə aradan qaldırılması mümkün deyil.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında "Məşğulluq haqqında" qanun layihəsinin müzakirəsi zaman deyib.

Nazir müavini bildirib ki, dünya əhalisinin 60 faizə qədəri qeyri-formal fəaliyyət göstərir. İ.İsayevin sözlərinə görə, Avropa ölkələrində qeryi-rəsmi məğulluğun nisbəti 12 faizə qədərdir: "Yəni dünyanın qabaqcıl ölkələri də qeyri-rəsmi məşğulluğu tam aradan qaldıra bilmir. Azərbaycanda da bunun tam aradan qaldırılması mümkün deyil, ancaq bunun dərəcəsinin aşağı salınması üçün tədbirlər görülür. Qeyri-rəsmi məşğulluğun aradan qaldırılması üçün müvafiq qurumlar birgə fəaliyyət göstərməlidir. Burada kompleks yanaşma olmalıdır, təkcə inzibati tədbirlərlə aradan qaldırmaq olmaz. Burada iqtisadi tədbirlər, stimullaşdırıcı və maarifləndirici tədbirlər də həyata keçirilməlidir".