Prezident Kitabxanasının “Ramiz Mehdiyev. Elektron kitabxana” layihəsi istifadəyə verilib


Digərləri 30 May 2018 16:32:00 263 0

Prezident Kitabxanasının “Ramiz Mehdiyev. Elektron kitabxana” layihəsi istifadəyə verilib

Mayın 30-da Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında görkəmli dövlət və elm xadimi Ramiz Mehdiyevin ictimai-siyasi fəaliyyətini və elmi irsini əks etdirən "Ramiz Mehdiyev. Elektron kitabxana" layihəsi istifadəçilərin ixtiyarına verilib.

Son.az Trend-ə istinadən bildirir ki, elektron layihə beş fəsildən ibarətdir. "Bioqrafiya" adlanan birinci fəsildə Ramiz Mehdiyevin qısa tərcümeyi-halı öz əksini tapıb.

Layihənin "Xronologiya" adlanan ikinci fəslində Ramiz Mehdiyevin həyat və fəaliyyətinin mühüm məqamları, ictimai-siyasi fəaliyyəti, elm sahəsində atdığı addımlar, təltifləri və mükafatları haqqında məlumatlar xronoloji ardıcıllıqla işıqlandırılıb.

Akademik Ramiz Mehdiyevin Azərbaycanın dövlətçilik və fəlsəfi fikir tarixinə, müstəqil Azərbaycanda baş verən mühüm ictimai-siyasi proseslərə, qloballaşan dünyanın problemlərinə, yeni dünya düzəninə, ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin dövlət müstəqilliyinin qorunması və ölkəmizin dinamik inkişafı istiqamətində gördükləri titanik fəaliyyətlərinə aid qələmə aldığı kitabların elektron versiyaları "E-Kitablar" fəslində istifadəçilərə təqdim edilir. Bu fəsildə akademik Ramiz Mehdiyevin millətlərarası münasibətlərə, erməni iddialarına, azərbaycanlıların məruz qoyulduqları soyqırımı gerçəkliklərinə aid əsərlərinin elektron versiyaları da toplanılıb. Bu fəsildə, həmçinin müəllifin müxtəlif dillərdə çap edilən kitabları oxuculara təqdim edilir.