Ronaldoya illik 45 milyon avro təklif olunub


İdman 30 May 2018 16:30:00 276 0

Ronaldoya illik 45 milyon avro təklif olunub

Ronaldonun Real-dan gedişi tədricən reallığa çevrilmək üzrədir. Portuqal ulduzun PSG ilə danışıqlar aparmaq üçün Parisə yollanması gözlənilir. Goal.az "As" nəşrinə istinadən xəbər verir ki, Paris klubu ona 45 milyon avro illik məvacib ödəməyə hazırdır.

Bununla yanaşı PSG ehtiyat edir ki, Ronaldonun transferi Real-ın Neymarı heyətinə qatmasını asanlaşdıra bilər. Real bir müddət öncə təcrübəli qolyadora 1 milyard avro qiymət qoymuşdu.

Ötən mövsüm Ronaldo Primeranın 27 oyununda 26 qol vurmuşdu.