Erməni qəzetinə sponsorluq edən türk iş adamı kimdir? – VİDEO FOTO


Dünya 30 May 2018 16:14:00 390 0

Erməni qəzetinə sponsorluq edən türk iş adamı kimdir? – VİDEO  FOTO

Son.az femida-ya istinadən xəbər verir ki, 1964-cü ildə tərcüməçi kimi girdiyi turizm sektorunda 10 il sonra "Net Turizm" şirkətini qurub. Hazırda təkcə Şimali Kiprdə 6 beş ulduzlu oteli var. 1994-cü ildə əsasını qoyduğu LDP ilə 1995 ve 2002 seçkilərində səs toplaya bilməyən Besim Tibuk sədrlikdən istefa verərək aktiv siyasətdən gedib. Besim Tibuk və ermənilər İş adamı "Aqos" qəzetinin gizli sponsorlarındandır. Bu günədək qəzetlə birbaşa bağlılığını gizlətməyə çalışan Tibukun ermənilərə meyilli olmasını təsdiqləyən bir çox fakt var. Məsələn, tez-tez İstanbuldakı erməni patriarxlığını ziyarət etməsi ilə bu faktları saymağa başlaya bilərik. Bu cür ziyarətləri mediadan gizlətməyən biznesmen İstanbulda yerləşən Pravoslav Kilsəsinin hazırkı yepiskopu I Varfolomeyin yaxın dostudur. Mütəmadi olaraq kilsənin problemləri ilə maraqlanan Besim maddi yardımını da əsirgəmir. Onun sahib olduğu Merit Otellər zənciri Kiprdə çox məşhurdur. Burada tez-tez erməni müğənnilərin çıxış etməsi də təsadüfi deyil. Erməni əslli Fedon Kalyoncunun ən çox səhnə aldığı otel də məhz buradır. "Ermənilərə pis davrandıq, ortada faciə var" Tibukun ermənilərlə bağlılığını çıxışlarından da görmək mümkündür. Hələ illər öncə qatıldığı bir televiziya proqramında Tibukun erməni soyqırımı ilə bağlı dediyi sözləri və həmin çıxışın videosu: "Türkiyə milləti qəbul etməlidir ki, 1915-ci ildə ermənilərə yaxşı davranmamışıq. O dövrdə bir çox məsum yurd-yuvasından etdik. Onları Suriyaya sürgün edən zaman bir çoxları öldü. Ortada faciə var, tarixçilər daha dərindən araşdırmalıdır. Biz o dövrdə günahkarı tapıb cəzalandırmadıq, bütün ermənilərə pis davrandıq". "Aqos"un yazarına villa vədi Daha bir fakta baxaq, Besim Tibukun 2014-cü ildə Türkiyənin "Tərəf" və "Sözcü" qəzetlərində yayımlanan açıqlaması: "Bu açıqlamanı bir çox qəzetə göndərmişdim, amma yayımlamadılar. Şirincə kəndini Şirincə edən Sevan Nişanyandır. Bundan əvvəl bu kəndi heç kim tanımırdı. İndi kəndə turistlər gəlir, əhalininin gəlirləri artıb. Riyaziyyat Universiteti qurulub. Bu, bir nəfərin yaratdığı bir şeydir, ikinci bir Sevan yoxdur. Kəndlilər Nişanyana niyə sahib çıxmır? Kimlərsə, Sevanı Türkiyədən qaçırmaq istəyir. Əziz dostum, Sevan Nişanyan səni sevirik. Sənə ehtiyacımız var. Nə işin var Şirincədə, Girnəyə gəl, sənə burada villa verim". Sevan Nişanyan Nəzərinizə çatdıraq ki, Nişanyan Türkiyədə yaşayan erməni yazıçı və jurnalistdir. O, "Aqos" qəzetinin ən məşhur simalarından olub. İzmirin Şirincə qəsəbəsində inşaat aparmaq istəyən şirkətlərə qarşı çıxıb. Nəticədə şirkət rəhbərləri ilə mübahisələr yaşayıb. Təsadüfi deyil ki, Tibuk da himayəsində saxladığı qəzetin simasına göstərilən təzyiqləri qəbul etməyib və xeyli irəli gedərək ona Girnədə (Kipr) villa vəd edib. "Kaş ki, aranızda ermənilər olsaydı" 6 il öncəyə qayıdaq. Lefkosiyada təşkil edilən mətbuat konfransında Besim Tibuk çıxış edir və Kiprdəki bürokratiyanı sərt tənqid edir. O, iş adamlarına lazımi şərait yaradılmadığını deyir. Ermənilərlə bağlı işlətdiyi söz isə çoxlarının diqqətindan qaçımış ola bilər: "Kiprdə çox qapalı cəmiyyət yaradılıb. Xalqımız çox savadlıdır, amma bürokratiya potensialımızı ortaya qoymağa imkan vermir. Malta və Dubay bizim üçün inkişaf nümunələridir. Xarici kapitala açıq ölkə olmalıyıq. Yaradılmış hər bir dəyər bu ölkənin mülkiyyəti olacaq. Kaş ki aranızda ermənilər və yəhudilər olsaydı. Türkiyə sərmayəçi azlıqları ölkədən qovmaqla çox şey itirdi. Nəticədə 99.9 faizi müsəlman olan bir Türkiyə yaradıldı". "Kaş ki aranızda ermənilər olsaydı" deyən Tibuk bununla ölkə rəhbərliyinə səslənir. Sərmayəçi azlıqların ölkədən qovulması fikrində birbaşa erməniləri nəzərdə tutan biznesmen erməni sərmayəçilərin Türkiyədə rahat iş qura bilməməsinə etiraz edir. Tibukun Fətullah Gülən sevgisi Onu da qeyd edək ki, Besim Tibuk Fətullah Gülənlə də münasibətlərini heç zaman gizlətməyib. "Darbe" olayından sonra Tibuk dindarlara münasibətinin dəyişdiyini, əvvəlki əlaqələrinin kəsildiyini deyib. 2016-cı ildəki bir çıxışında AKP hökumətinin dünyada fəaliyyət göstərən Gülən məktəblərini bağlatdırmasına Tibuk belə reaksiya vermişdi: "Amerikada 500-dən çox türk məktəbi var idi. Paralel dövlət deyirlər, Güləni terrorçuların başçısı adlandırırlar, ayıbdır. Məktəblərin olduğu ölkələrdə ayıbdır. Bu məktəblərdə olan hər kəs bu ölkəyə xidmət edəni görür. Amerikada 500-dən çox Gülən məktəbi var və hamısı uğurludur. Bu məktəblərdə din və ya bu kimi şeylər öyrədilmir. Ümid edirəm ən qısa müddətdə ədliyyə naziri bu vəziyyətə əl atacaq". Sonda... Bu faktlar sadəcə Türkiyə mətbuatında yayımlanan yazılar vasitəsilə toplanıb. Odur ki, Merit Otelərin sahibi Besim Tibukun ermənilərə bağlılığı və çox güman ki, onlara göstərdiyi böyük yardımlar gizli şəkildə aparılır. Onun təkcə bir qəzetə maliyyə yardımı ilə kifayətlənmədiyini güman etmək çətin deyil. Ən əsası sə Türkiyədə onlarla belə iş adamı var. Analoji mövzuda araşdırmamız davam edəcək.

Besim Tibuk - Şimali Kiprdə və Türkiyədə otellər zəncirinə sahib olan biznesmen. Şirkətlərini Net Holding adı altında birləşdirib. Eyni zamanda Liberal Demokrat Partiyasının (LDP) sabiq lideridir. 1945-ci ildə Rizədə doğulan, orta təhsilini Qars, Artvin və İzmitdə başa vuran Tibuk 1962-1963-cü illərdə ABŞ-da oxuyub. 1968-ci ildə Ankara Universitetindən məzun olub.


Xəbərə aid video