“Məşğulluq haqqında” qanun layihəsi son oxunuş üçün Milli Məclisə tövsiyə edilib


Digərləri 30 May 2018 15:49:00 222 0

“Məşğulluq haqqında” qanun layihəsi son oxunuş üçün Milli Məclisə tövsiyə edilib

“Məşğulluq haqqında” qanun layihəsi Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirə edilib.

Bakı. Elçin Mehdiyev - “Məşğulluq haqqında” qanun layihəsi Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirə edilib. Trend-in məlumatına görə, iclasda bildirilib ki, qanun layihəsinə dəyişiklik edilib, maddələrin sayı 35-dən 37-ə qaldırılıb. Qeyd olunub ki, qanun layihəsi məşğulluğa kömək sahəsində dövlət siyasətinin hüquqi, iqtisadi və təşkilatı əsaslarını, eləcə də işaxtaran və işsiz şəxslərin sosial müdafiəsi sahəsində dövlət təminatlarını müəyyən edir.