NATO Dağlıq Qarabağ münaqişəsinin tərəflərini danışıqları davam etdirməyə çağırır (ÖZƏL)


Digərləri 30 May 2018 15:57:00 262 0

NATO Dağlıq Qarabağ münaqişəsinin tərəflərini danışıqları davam etdirməyə çağırır (ÖZƏL)

NATO Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tərəflərini danışıqlar yolunu davam etdirməyə çağırır.

Bakı. Ləman Zeynalova - NATO Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tərəflərini danışıqlar yolunu davam etdirməyə çağırır. Bu barədə Trend-ə təşkilatdan bildirilib. Məlumatda qeyd olunur ki, həll olunmamış Dağlıq Qarabağ münaqişəsi narahatlıq doğurur: “Aydındır ki, münaqişənin hərbi həll yolu mövcud deyil”. Təşkilatdan daha sonra bildiriblər ki, NATO münaqişənin həllində birbaşa iştirak etmir, amma bu istiqamətdə ATƏT Minsk qrupunun işini dəstəkləyir: “Biz həmçinin hər iki tərəfi danışıqlar yolunu davam etdirməyə və istənilən yeni eskalasiyadan uzaq durmağa çağırırıq”. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin