Məleykə Abbaszadə: Qızlar yüksək nəticələr toplasa da, valideynlər onları böyük şəhərlərə göndərmirlər


Digərləri 30 May 2018 15:48:00 205 0

Məleykə Abbaszadə: Qızlar yüksək nəticələr toplasa da, valideynlər onları böyük şəhərlərə göndərmirlər

Azərbaycan cəmiyyətində "qadın və kişi ixtisasları" stereotipləri üzündən tələbə qəbulu ilə bağlı bəzi problemlər yaranır.

Bakı. İlhamə İsabalayeva - Azərbaycan cəmiyyətində "qadın və kişi ixtisasları" stereotipləri üzündən tələbə qəbulu ilə bağlı bəzi problemlər yaranır. Azərbaycanda qızlar riyaziyyat müəllimliyinə sənəd verirlər, amma mühəndisliyi seçmirlər. Trend-in məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Azərbaycan qadınına seçki hüququnun verilməsinin 100 illiyinə həsr olunmuş Qadınların V Forumu çərçivəsində keçirilən panel iclasında deyib.