Bakı Fond Birjası ötən ili 1,5 mln. manat yaxın xalis mənfəətlə başa vurub


İqtisadiyyat 30 May 2018 15:34:43 346 0

Bakı Fond Birjası ötən ili 1,5 mln. manat yaxın xalis mənfəətlə başa vurub

Birjanın aktivləri 57% artıb

“Bakı Fond Birjası” QSC-nin (BFB) cəmi aktivləri bu il yanvarın 1-nə 5,048 mln. manat təşkil edib.

“Report” Birjanın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 57,3% çoxdur.

2017-ci ildə BFB-nin cəmi öhdəlikləri təxminən 10 dəfə artaraq 407 min manata, cəmi kapitalı isə 46,4% artaraq 4,642 mln. manat təşkil edib.

Ötən il Birjanın əqdlər üzrə tarif gəlirləri 2,713 mln. manat (əvvəlki ilə nisbətən 4,2 dəfə çox), digər xidmət gəlirləri 51 min manat (təxminən 19% az), faiz gəlirləri 164 min manat (4,1% az), əmək haqqı və işçilərlə bağlı digər ödənişləri 696 min manat (14,5% az), ümumi və inzibati xərcləri 198 min manat (30,3% az), əmlak və avadanlıqların köhnəlməsindən zərəri 72 min manat (təxminən 4% az), qeyri-maddi aktivlərin amortizasiyasından zərəri isə 42 min manat (demək olar ki, eyni qalıb), məzənnə fərqindən zərəri 76 min manat (əvvəlki il gəlir olub), mənfəət vergisi xərci isə 372 min manat təşkil edib.

Son nəticədə BFB 2017-ci ili 1,471 mln. manat xalis mənfəətlə başa vurub. Halbuki, maliyyə qurumu 2016-cı ildən 116 min manat xalis zərərlə çıxmışdı.