"Facebook"da saxta profillər "Eqosunu doydura bilməyənlər belə şeyə əl atır" VİDEO FOTO


Digərləri 30 May 2018 15:32:00 264 0

"Facebook"da saxta profillər  "Eqosunu doydura bilməyənlər belə şeyə əl atır"  VİDEO  FOTO

"Facebook" bu yaxınlarda 500 milyon feyk, yəni saxta profil tapıb və onları silib. Milyardlarla istifadəçisi olan "Facebook" bunu edirsə, deməli, vəziyyət adi məsələ kimi başa düşülməməlidir. Çünki bizdən uzaqlarda təhlükəsizlik orqanları da başa düşüb ki, saxta profillər nəinki adam aldadır, şantaj edir hətta ağır cinayətlərə gətirib çıxarır. Biz də söhbəti gətirib çıxardıq Azərbaycana, çünki bizdə də "Facebook" istifadəçiləri var, onların arasında feyk profilləri olanlar da yox deyil. Deməli təhlükə bizdə də var. Yaxşı, bəs, belə insanlar niyə var?

Son.az bildirir ki, ARB TV-nin "Günə doğru" verilişində "Facebook"dakı saxta profillər barədə sujet efirə gedib.

Rəşad Əsgərov - Sosioloq: "Sosiologiyada ümumiyyətlə, şəxsiyyətin parçalanması məsələsi gündəmə gəlir ki, insanlar özlərini olduğu cinsdə təqdim etmir. Özünü əks obrazda təqdim edir və meylli olur".

Bəs bu meyllik nədən yaranır. Bəlkə, bu elə psixoloji problemlərdir. Yoxsa, insan niyə durduğu yerdə saxta profil açsın ki?

Vəfa Əkbər - Psixoloq: "Eqosunu doydura bilməyən insanlar çox vaxt belə bir şeyə əl atır ki, özlərini rahatlaşdırsınlar".

Saxta profil sahibləri, insanlıq baxımından kasıbdırlar, saxtadırlar. Yalan danışırlar, şər-böhtan atmağa meylli olurlar, özlərinə vurğundurlar. Bəlkə qabaqlayıcı mexanizm var, biz bilmirik.

Rəşad Əliyev, İT mütəxəssis: "İnternetdə kifayət qədər sərbəstlik var. Bundan qaçmaq mümkün deyil".


Xəbərə aid foto