Azərbaycanda qız abituriyentlərin bu fənlər üzrə nəticələri oğlanlardan yüksək olur


Digərləri 30 May 2018 15:29:00 242 0

Azərbaycanda qız abituriyentlərin bu fənlər üzrə nəticələri oğlanlardan yüksək olur

Azərbaycanda qız abituriyentlərin bu fənlər üzrə nəticələri oğlanlardan yüksək olur.

Bakı. İlhamə İsabalayeva - Son 7 ildə Azərbaycanda orta statistik qız abituriyentlərin riyaziyyat, fizika və kimya fənləri üzrə nəticələri oğlanlardan daha yüksək olur. Trend-in məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Azərbaycan qadınına seçki hüququnun verilməsinin 100 illiyinə həsr olunmuş Qadınların V Forumu çərçivəsində keçirilən panel iclasında deyib. O bildirib ki, Azərbaycanda qızların bütün təhsil səviyyələri üzrə təhsil alma imkanları var: "Ali və orta məktəbə qəbul olanların 50 faizi qızlar olur". Qəbul imtahanlarında qızların daha yüksək nəticələr göstərdiyini deyən DİM rəhbəri bildirib ki, qızların daha çox humanitar fənlər üzrə nəticələri yüksəkdir. Son 7 ildə isə orta statistik qız abituriyentlərin riyaziyyat, fizika və kimya fənləri üzrə nəticələri oğlanlardan daha yüksək olur: