Taksi maneəyə çırpıldı, sonra piyadanı vuraraq aşdı FOTO


Digərləri 30 May 2018 15:28:00 267 0

Taksi maneəyə çırpıldı, sonra piyadanı vuraraq aşdı  FOTO

Lənkəranda taksi piyadanı vuraraq aşıb. 

Son.az APA-ya istinadən xəbər verir ki, hadisə M.F.Axundov küçəsində qeydə alınıb. Rayon sakini, 1990-cı il təvəllüdlü Aqil Adil oğlu Hüseynov idarə etdiyi 42-BV-596 dövlət nömrə nişanlı, "VAZ 2106" markalı avtomobillə ötmə əməliyyatını yerinə yetirməyə çalışarkən qarşı yolda idarəetməni itirib. Sürücü maşını əvvəlcə maneəyə vurub. Sonra isə piyada, 1981-ci il təvəllüdlü Esmira Nəsrəddin qızı İsmayılovanı vuraraq avtomobili aşırıb.

Xəsarət alan qadın ətrafdakıların köməyi ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.


Xəbərə aid fotolar