Laricani yenidən İran parlamentinin spikeri seçildi


Dünya 30 May 2018 15:15:00 240 0

Laricani yenidən İran parlamentinin spikeri seçildi

Bu gün İran parlamentində spiker seçkiləri keçirilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, Əli Laricanini yenidən İran İslam Respublikası parlamentinin spiker vəzifəsinə seçilib.

Məlumata görə, Ə.Laricani parlamentdə keçirilmiş açıq səsvermə zamanı 279 səsdən 147-ni toplayıb.