“Maşın”da kimlər ön plana çıxacaq?


Şou-biznes 30 May 2018 15:19:00 316 0

“Maşın”da kimlər ön plana çıxacaq?

Teleməkanın ən qalmaqallı proqramı "Maşın"ın ilk buraxılışı izləyicilərə sürprizlər yaşadıb.

Son.az oxu.az-a istinadən xəbər verir ki, "Xanımlar və cənablar - 2" devizi ilə yayımlanan yarışmada ən çox aparıcıların olması diqqət çəkib.

Belə ki, 18 iştirakçının Azər Axşam, Günel Hümbətova, İlhamə Bədəlova, Mətanət Əliverdiyeva, Firuzə Cəlilova, Aytən Səfərova olmaqla, altı nəfəri aparıcıdır.

Aparıcılardan sonra üstünlük təşkil edən müğənnilərdir. Budəfəki "Maşın"da beş müğənni iştirak edir: Əli Mirəliyev, Ruhəngiz Musəvi, Rahidə Baxışova, Roza Zərgərli, Abbas Bağırov.

Üçüncü pillədə üç nəfər olmaqla, aktyorlar qərarlaşıb. Pərvin Abıyeva, Cavidan Novruz və Məcid Hüseynov "Maşın" uğrunda mübarizə aparanlar sırasındadır.

Söz ustadları - reperlər Qurd və Uran say hesabına görə "Maşın"da dördüncü yerdədir. Meyxanaçıları Ələkbər Yasamallı, vaynerləri isə Hüseyn Əzizoğlu təmsil edir.

Sosial mediada başlayan müzakirələri və yarışmada təcrübəsi olan iştirakçıları nəzərə alsaq, bu dəfə aparıcıların daha önplana çıxacağı gözlənilir.

Hərarətli çıxışları ilə Aytən Səfərova, Günel Hümbətova və Mətanət Əliverdiyevanın diqqət mərkəzində olacağı şübhəsizdir.

Əli Mirəliyevi də bu sıraya aid etmək olar. Müğənni oyunçuların ən sevmədiyi rəqibdir. Bunun da bariz nümunəsi "Maşın"ın ilk günündə simvolik olaraq keçirilən səsvermə zamanı məlum olub.

İkinci dəfə "Maşın" uğrunda savaşa başlayan Pərvin Abıyeva sosial şəbəkələrdə və mediadakı gücü ilə haqqında daha çox xəbər yazılan iştirakçılardan biri olacaq.