"Juventus-un onu almağa pulu yoxdur"


İdman 30 May 2018 15:13:00 279 0

"Juventus-un onu almağa pulu yoxdur"

Lazio-nun prezidenti Klaudio Lotito komandanın liderlərindən birinə çevrilmiş Serqey Milinkoviç-Saviçin başqa kluba satılmaq ehtimalına toxunub. Goal.az xəbər verir ki, italiyalı funksioner klubun təcili maliyyə mənbəyinə ehtiyacı olmadığını qeyd edib.

"Qəzetdə oxudum ki, Lazio supermarketdir. Bu xəbər məni güldürdü. Biz hələlik heç bir futbolçunu transferə çıxarmamışıq. Milinkoviç-Saviçin qiyməti 100 milyon avrodur? Onu ötən avqustda bu məbləğə transfer etməyə çalışmışdılar, amma təklifi rədd etdim. Juventus? Onların bu futbolçunu transfer etmək üçün pulu yoxdur. Hazırda Lazio maliyyə baxımından sanballı klubdur və problemləri yoxdur. Ona görə gələcəyə arxayınlıqla baxa bilərik".

Milinkoviç-Saviçə əsas iddiaçı Manchester United-dir