DGK İnterpolda beynəlxalq axtarışda olan avtomobili saxlayıb


Digərləri 30 May 2018 14:42:00 277 0

DGK İnterpolda beynəlxalq axtarışda olan avtomobili saxlayıb

Avtonəqliyyat Baş Gömrük İdarəsində Gürcüstandan Azərbaycana gətirilən "Lexus RX200T" markalı avtomobilə risk analizləri nəticəsində baxış keçirilib.

Bakı. Avtonəqliyyat Baş Gömrük İdarəsində Gürcüstandan Azərbaycana gətirilən "Lexus RX200T" markalı avtomobilə risk analizləri nəticəsində baxış keçirilib. DGK-dan Trend-ə verilən məlumata görə, yoxlama zamanı, 2017-cı ildə istehsal olunan həmin nəqliyyat vasitəsinin ban nömrəsinin İnterpol bazasında beynəlxalq axtarışda olan avtomobilə aid olduğu müəyyən edilib.