"Ançelotti Konte kimi buna israr etmədi"


İdman 30 May 2018 13:54:00 224 0

"Ançelotti Konte kimi buna israr etmədi"

Napoli-nin prezidenti Aurelio De Laurentis yeni baş məşqçi Karlo Ançelotti barədə danışıb. Goal.az xəbər verir ki, italiyalı funksioner Chelsea-nin çalışdırıcısı Antonio Konte ilə də danışıqlar apardığına işarə vurub.

"Ümid edirəm ki, Ançelotti burda 10 il çalışar. Amma mən klubun mənafeyi haqqında düşünürəm. Həmişə obyektiv olacam. İmkan vermərəm ki, eyforiya məni bürüsün. Karlo ilə birlikdə lazım olanı edəcəyik. Ançelotti məndən bir neçə futbolçu barədə soruşanda "yox" dedim. O, Konte kimi həmin oyunçuların transferində israr etmədi. Məni başa düşdü. Ançelotti bura gəlibsə, deməli, klub, şəhər və hazırki komandanı bəyənir. O, Napoli-ni pilləkən kimi istifadə edənlərdən olmayacaq".