Xudatda evdən xeyli miqdarda tikinti materilları oğurlayan şəxs tutuldu


Digərləri 30 May 2018 13:44:00 231 0

Xudatda evdən xeyli miqdarda tikinti materilları oğurlayan şəxs tutuldu

Xudatda evdən xeyli miqdarda tikinti materilları oğurlayan şəxs tutulub.

Bakı. Xudatda evdən xeyli miqdarda tikinti materilları oğurlayan şəxs tutulub. DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Trend-ə verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinə rayonun Xudat şəhəri ərazisindəki evlərdən birindən oğurluq törədilməsi barədə məlumat daxil olub. Hadisə yerinə dərhal istintaq-əməliyyat qrupu gəlib, evə baxış keçirilib, digər zəruri tədbirlər görülüb. Bu zaman mənzildən və həyətdən müxtəlif növ tikinti materialları, o cümlədən 2 plastik qapı, 1 ədəd lagonda və drel, 1 ədəd su nasosu, 200 litrlik su çəni, 30 metrlik dəmir boru, 36 kisə sement və məişət avadanlıqları oğurlanaraq ev sahibinə xeyli miqarda maddi ziyan vurulduğu müəyyən edilib.