İTVnin baş direktoru vəzifəsinə 7 namizəd


Digərləri 30 May 2018 13:38:21 234 0

İTVnin baş direktoru vəzifəsinə 7 namizəd

İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) baş direktorunun səlahiyyətlərinə  vaxtından əvvəl xitam verilməsi ilə əlaqədar bu vəzifəyə seçilmək üçün namizədlərin sənədlərinin qəbulu başa çatıb.

Son.az xəbər verir ki, Milli Televiziya və Radio Şurasından (MTRŞ) Trend-ə verilən məlumata görə, İctimai Televiziya və Radio Yayımları Şirkəti baş direktoru vəzifəsinə 7 nəfər iddiaçı - Abbasov Rauf Müzəffər oğlu, Abbasov Səbuhi Mübariz oğlu, Mehrəliyeva Şəfəq Akif qızı, Mehtiyeva Rahilə İbrahim qızı, Xəlilova Qərənfil Əli qızı, Qarayev Sadıq Qurban oğlu, Qasımov Balakişi Ələkbər oğlu sənədlərini təqdim edib.

"İctimai televiziya və radio yayımı haqqında"  Azərbaycan Respublikası Qanununun 20.1.3, 21.1-ci maddələrinin tələblərinə uyğun olaraq İctimai Televiziya və Radio Yayımları Şirkəti baş direktoru vəzifəsinə namizədlərin sənədləri İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasına təqdim edilib.

İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə

namizədlərin siyahısı:

Soyadı, adı, atasının adı

Hal-hazırda işlədiyi müəssisə

1

Abbasov Rauf Müzəffər oğlu

Gəncə regional fövqəladə hallar və

mülki müdafiə şöbəsi, rəis müavini

2

Abbasov Səbuhi Mübariz oğlu

7news.az saytı, baş redaktor

3

Mehrəliyeva Şəfəq Akif qızı