Dövlət qulluğunda işləmək istəyənlər üçün XƏBƏR


Digərləri 30 May 2018 13:12:00 217 0

Dövlət qulluğunda işləmək istəyənlər üçün XƏBƏR

Dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərin müsabiqənin test imtahanı mərhələsinə daha da səmərəli hazırlaşmalarına kömək məqsədilə növbəti sınaq imtahanı keçiriləcək.

Dövlət İmtahan Mərkəzindən Son.az-a verilən məlumata görə, sınaq imtahanı AA, AB, AC, BA, BB qrupları üzrə 13 və 23 iyun tarixlərində keçiriləcək.

İmtahan saat 10:00-da başlayacaq.

Namizədlər imtahanı Mərkəzin Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında xüsusi ayrılmış zallarda kompüter vasitəsilə elektron formada verəcəklər. Qeyd olunan imtahanda iştirak etmək üçün onlayn qeydiyyat müvafiq olaraq 13 və 23 iyun tarixlərində saat 9:00-da başa çatacaq. Qeydiyyatdan keçmək üçün http://eservices.dim.gov.az/dqq/Exam/TestExamRegCom keçidinə daxil olmaq lazımdır.