Qurbanova 2 oyunluq cəza, Qəbələ-yə 4 min manat cərimə


İdman 30 May 2018 13:18:00 280 0

Qurbanova 2 oyunluq cəza, Qəbələ-yə 4 min manat cərimə

Mayın 30-da AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Goal.az xəbər verir ki, toplantıda Azərbaycan kubokunun finalında baş tutan Keşlə - Qəbələ (1:0) oyunundakı bir sıra intizam pozuntuları nəzərdən keçirilib. Cəzalardan ən çox Qəbələ nəsibini alıb. Final matçının 88-ci dəqiqəsində  qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılan lqar Qurbanov 2 oyun cəzalanıb, kluba 1600 manat cərimə kəsilib. 55-ci dəqiqəsində “Qəbələ” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub əlavə 800 manat, 93-cü dəqiqədə isə meydançaya kənar əşyalar atıldığı üçün 1600 manat cərimələnib. Beləliklə, "qırmızı qaralar"a ümumilikdə 4 min manat cərimə kəsilib. Keşlə 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün 800 manat cərimə ödəməli olacaq.