​“Türkiyədə məni polis saxladı və dedi sizi görmüşəm”


Şou-biznes 30 May 2018 12:31:00 294 0

​“Türkiyədə məni polis saxladı və dedi sizi görmüşəm”

"ARB Ulduz"un "Şou Məkan" verlişinin növbəti qonağı müğənni Zenfira İbrahimova olub.

Son.az xəbər verir ki, müğənni, ilk olaraq, klipindən ağız dolusu danışıb: "Yeni klipimiz bir aydan çoxdur ki, hazırdır. Sadəcə olaraq, sosial şəbəkələrə, "Youtube" portalına yerləşdirməmişdik. Düşünürdüm ki, may ayında oğlumun kiçik toyunu edim, sonra ekran işini paylaşım. Nəticə etibarilə çox gözəl bir klip ərsəyə gəldi. Mahnının söz və musiqisi Aytac Vidadiqızınındır. "Kırılsın" Türkiyədə böyük bir orkestirlə aranjeman olunub. Klip həm Gürcüstanda, həm də Azərbaycanda çəkilib". Zenfira hələ klip işıq üzü görməmişdən öncə mahnının sosial şəbəkələrdə müzakirə mövzusuna çevrildiyini deyib: "Mahnı, əslində, Türkiyə türkcəsində yazılıb. Çoxları məni qınadı ki, ifanı mən özüm tərcümə etdirmişəm. Mahnının söz yazarı onu Türkiyə türkcəsində yazmışdı. Elə o dildə də oxudum. Sosial şəbəkədə müzakirə olundu ki, niyə öz dilimizdə oxumamısan. Sadəcə, mahnı o dildə yazılıb. Mən Şəmkir şəhərindəydim. Aytac xanım mahnını göndərdi ki, Zenfira xanım, bir mahnım var, bu bəstədə mən səni görürəm. İfanı sizi düşünüb yazmışam. Həmin gecə mən ona zəng etdim ki, Aytac, bu mahnını mən mütləq ifa etməliyəm". Zenfira klipin bu isti aylarda fanatlarının ürəyinə sərinlik gətirəcəyini də qeyd edib: "Klipim niyə belə gec ərsəyə gəldi, deyim, montajda gecikmələr oldu. Bəzi kadrlar Bakı şəhərində çəkilməli idi və mənim vaxtım yox idi. Ona görə də vaxt tapıb reallaşdıra bilmirdik. Çəkilişlərə fevral ayının 10-dan start vermişik, aprel ayının sonlarına yaxın bitirdik. Bir ay sonra isə təqdim etdim". Müğənni, eyni zamanda, Türkiyədə tanınmaqla bağlı fikrilərinin yanlış anlaşıldığını qeyd edib: "İzmirdən geri qayıdırdıq ki, polis bizi saxladı. Sürücülük vəsiqəmi təqdim etdim. Orda adımı, soyadım oxudu və dedi ki, dünən sizi xəbərlərdə gördüm. Bu fikri mən açıqlamışam. Mövzunu şişirtdilər ki, guya Zenfira deyib ki, orda bir məni tanıyırlar, bir də Zeynəb Xanlarovanı. Çox gülünc bir məsələdir". Qeyd edək ki, "ARB Ulduz" kanalını  Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6,  symbol rate: 12698 izləyə bilərsiniz. 


Xəbərə aid fotolar