Moskvada amerikalı tarixçinin "erməni soyqırımı" haqqında kitabının təqdimatı son anda ləğv olundu FOTO


Dünya 30 May 2018 12:15:00 352 0

Moskvada amerikalı tarixçinin "erməni soyqırımı" haqqında kitabının təqdimatı son anda ləğv olundu  FOTO

Moskvada uydurma "erməni soyqırımı" ilə bağlı ABŞ tarixçisi Edvard C. Eriksonun müəllifi olduğu "Türklər və ermənilər: üsyançılara qarşı mübarizənin tədqiqatı" kitabının təqdimatı son anda ləğv edilib.

Mayın 31-də Yeni Arbat küçəsində yerləşən Moskva Kitab Evində ("Dom Kniqi Moskvı") keçirilməsi planlaşdırılan təqdimat səbəb göstərilmədən ləğv olunub.

Son.az xəbər verir ki, Kitab Evinin nümayəndəsi APA-nın sualına cavabında bunun səbəbini izah etməyib: "Biz bunun səbəbini sizə açıqlaya bilmərik".

APA-nın Moskva müxbirinin əldə etdiyi məlumata görə, uydurma "soyqırım"dan bəhs edən kitabın təqdimatı Rusiyadakı erməni diasporunun Moskva Kitab Evinin rəhbərliyinə təzyiqi nəticəsində baş tutmayıb. Bir ay öncə Kitab Evinin saytında mayın 31-də amerikalı hərbi tarixçi Edvard C. Eriksonun "Türklər və ermənilər: üsyançılara qarşı mübarizənin tədqiqatı" kitabının təqdimatının keçirilməsi ilə bağlı məlumat yerləşdirilib. Məlumatda təqdimatın müəllifin iştirakı ilə keçiriləcəyi qeyd olunub. Lakin təqdimata üç gün qalmış həmin məlumat saytdan çıxarılıb.


Xəbərə aid fotolar