Əli Əhmədov: "Qadın hüquqlarının təmini üçün yeni vəzifələr ortaya çıxır"


Digərləri 30 May 2018 12:06:00 341 0

Əli Əhmədov: "Qadın hüquqlarının təmini üçün yeni vəzifələr ortaya çıxır"

Azərbaycanda sahibkarlığın inkişafına qadınların verə biləcəyi töhfəni artırmaq qarşımızdakı vəzifələrdən biridir.

Son.az Trend-ə istinadən xəbər verir ki, Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi Əli Əhmədov Azərbaycan qadınına seçki hüququnun verilməsinin 100 illiyinə həsr olunmuş Qadınların V Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, innovativ fəaliyyət sahəsində qadınların daha fəal iştirakına ehtiyac var.

Ə.Əhmədov bildirib ki, 2018-ci il Azərbaycanda "Xalq Cumhuriyyəti ili" elan edilib: "Bu da heç təsadüfi deyil. Bununla Azərbaycan xalqı həmin dövr tariximizə olan dərin ehtiramını bildirir. Azərbaycan Xalq Cumhuriyyəti çox yaşaya bilməsə də, onun qoyduğu ənənələr yaşayıb. Azərbaycan qadınlarının hələ 100 il əvvəl ictimai həyatda yaxından iştirak etməsi üçün addımlar atılıb".