Almaniya millisində insident


İdman 30 May 2018 11:49:00 300 0

Almaniya millisində insident

Rusiyadakı dünya çempionatına hazırlaşan futbol üzrə Almaniya milli komandasının məşqində insident baş verib.

Goal.az "Bild"ə istinadən xəbər verir ki, müdafiəçilər Yozua Kimmix və Antonio Rudiger epizodların birində kəllə-kəlləyə gəliblər. Onların arasındakı mübahisənin toqquşmaya çevrilməməsinin qarşısını məşqçilər heyətinin üzvü Miroslav Kloze alıb. Bu, gərgin hazırlıq prosesindəki ilk insident olmayıb. Başqa bir epizodda top uğrunda mübarizə zamanı Leroy Sane Yulian Drakslerin sifətinə dirsək zərbəsi endirib. Həkim müdaxiləsindən sonra Draksler məşqi davam etdirib.

Hazırda Bundestimin məşqində 27 futbolçu iştirak edir. Baş məşqçi Yoahim Löv iyunun 4-dək 4 oyunçunu heyətdən kənarlaşdırmalı və 23 nəfərlik yekun heyəti müəyyənləşdirməlidir.