Azərbaycan Beynəlxalq Bankı öz təqaüdçüləri arasında şahmat üzrə respublika çempionatına start verdi FOTO


Digərləri 30 May 2018 11:27:00 281 0

Azərbaycan Beynəlxalq Bankı öz təqaüdçüləri arasında şahmat üzrə respublika çempionatına start verdi  FOTO

Azərbaycan Beynəlxalq Bankı Azərbaycan Şahmat Federasiyası ilə birgə öz təqaüdçü müştəriləri arasında respublika çempionatı keçirir. "Azərbaycan Beynəlxalq Bankı-2018" çempionatı bankın çoxsaylı korporativ sosial məsuliyyət layihələrindən biridir. Burada məqsəd yaşlıların ictimai aktivliyinə töhfə vermək, eyni zamanda təqaüdçülərin maliyyə savadlılığını dəstəkləməkdir.

Çempionatın açılış mərasimində içtirakçılar üçün bank əməliyyatlarının təhlükəsizliyi, plastik kartlardan istifadə qaydaları, ATM-lərdə əməliyyatlar, onlayn ödənişlər, SMS- xəbərdarlıq və s. barədə maarifləndirici təqdimat olub. Bundan başqa, onlara Azərbaycan Beynəlxalq Bankının təqaüdçü müştərilərə göstərdiyi "Pensiya+" xidməti haqqında da ətraflı məlumat verilib. "Pensiya+" əmək təqaüdçüləri üçün nəzərdə tutulan və komissiya haqqı olmayan faizsiz vəsaitdir.

"Landmark" biznes mərkəzinin ayırdığı zalda mayın 29-dan başlayaraq 5 gün davam edəcək çempionata ölkəmizin müxtəlif regionlarından şahmat dərəcələri olan 30-dan çox şahmatçı qatılıb. Azərbaycan Beynəlxalq Bankının mətbuat katibi Yadigar Cəfərli bildirib: "Azərbaycan Beynəlxalq Bankı müxtəlif sahələrdə sosial məsuliyyət layihələri reallaşdırır. Müştərilərimiz arasında təqaüdçülərin xüsusi yeri var. Onların hər biri bizim üçün dəyərlidir. Ümid edirik ki, bu çempionat onların həm xoş istirahəti, həm də maliyyə sahəsində maariflənməsi baxımından faydalı olacaq".


Xəbərə aid fotolar