114 dövlət əmlakı özəlləşdirilir - Kinoteatr, şadlıq evi...


Digərləri 30 May 2018 11:25:00 262 0

114 dövlət əmlakı özəlləşdirilir - Kinoteatr, şadlıq evi...

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 27 iyun tarixində növbəti hərrac keçiriləcək.

Bakı. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 27 iyun tarixində növbəti hərrac keçiriləcək. Komitədən Trend-ə verilən məlumata görə, hərrac vasitəsilə özəlləşdirilməsi nəzərdə tutulan dövlət əmlakının sayı 114-dür. Bunlardan 24-ü səhmdar cəmiyyəti, 23-ü qeyri-yaşayış sahəsi, 31-i kiçik dövlət müəssisə və obyektləri, 36-sı isə nəqliyyat vasitəsidir. İri həcmli investisiyalar təmir-tikinti, sənaye, aqrar, nəqliyyat sahələri ilə bağlı təklif olunan səhmdar cəmiyyətləri arasından seçim edilərək böyük biznes layihələrinə cəlb oluna bilər. Səhmdar cəmiyyətləri paytaxtla yanaşı Salyan, Sabirabad, Yevlax və digər bölgələrdə yuxarı gəlir mənbəyinə çevrilə bilər. Yevlax şəhərində 2 nəqliyyat, 2 təmir-tikinti, 1 sənaye sahəsinə aid səhmdar cəmiyyətləri təklif olunur. Qax şəhərində yerləşən “Qax Taxıl”, Abşeron rayonu, Masazır kəndində yerləşən “Masazır quşçuluq” kimi səhmdar cəmiyyətlərinin özəlləşdirilməsi, aqrar sahənin inkişafına dəstək olmaqla yanaşı, investora yüksək gəlirlər gətirə bilər.