Qaxda 40 yaşlı kişi döyüldü


Digərləri 30 May 2018 11:18:00 207 0

Qaxda 40 yaşlı kişi döyüldü

Qaxda 40 yaşlı kişi döyülüb.

Son.az APA-ya istinadən xəbər verir ki, rayonun Qaxbaş kənd sakini, 1978-ci il təvəllüdlü Vitali İlya oğlu Lomaşvili bədənin küt travması və iki qabırğasının sınığı diaqnozu ilə Qax Mərkəzi Rayon Xəstəxanasının (MRX) cərrahiyə şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.  

Qax rayon Polis Şöbəsindən  APA-ya bildiril ib ki, Vitali Lomaşvili həmkəndlisi Ramazi Tamazi oğlu Basaviaşvili bir yerdə yeyib-içdikdən sonra aralarında mübahisə düşüb. Nəticədə Ramazi Basaviaşvili Vitali Lomaşvilini döyərək müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.