Komitə sədri: Hazırda sahibkar qadınların sayı 143 mindən çoxdur


Digərləri 30 May 2018 11:00:00 253 0

Komitə sədri: Hazırda sahibkar qadınların sayı 143 mindən çoxdur

"Əvvəllər qızların peşə seçimi ilə bağlı müəyyən stereotiplər var idi. Ancaq indi biz görürük ki, iqtisadiyyat, idarəetmə, texniki və texnologiya ixtisas qrupları üzrə təhsil alan qızlarımızın, bu sahədə elmlə məşğul olan qadınlarımızın sayı ilbəil artır".

Bakı. İlhamə İsabalayeva - "Əvvəllər qızların peşə seçimi ilə bağlı müəyyən stereotiplər var idi. Ancaq indi biz görürük ki, iqtisadiyyat, idarəetmə, texniki və texnologiya ixtisas qrupları üzrə təhsil alan qızlarımızın, bu sahədə elmlə məşğul olan qadınlarımızın sayı ilbəil artır". Trend-in məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova "Azərbaycan qadınına seçki hüququnun verilməsinin 100 illiyinı həsr olunmuş Qadınların V Forumu"nda çıxışı zamanı deyib.