Albaniya Prezidenti Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibini qəbul edib


Digərləri 30 May 2018 11:06:32 232 0

Albaniya Prezidenti Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibini qəbul edib

Mayın 29-da Albaniya Prezidenti İlir Meta Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Baş katibi Rövşən Muradovu qəbul edib.

Bakı. Mayın 29-da Albaniya Prezidenti İlir Meta Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Baş katibi Rövşən Muradovu qəbul edib. Mərkəzdən Trend-ə verilən məlumata görə, qəbul zamanı Albaniya prezidentinə VI Qlobal Bakı Forumunun nəticələri ilə bağlı məlumat verilib. Qeyd olunub ki, bu forum artıq dünya miqyasında tanınan nüfuzlu platformalardan birinə çevrilib. Bildirilib ki, Forumda müzakirəyə çıxarılan məsələlər müasir dünya üçün olduqca aktual mövzulara həsr olunur. Prezident İlir Metaya VII Qlobal Bakı Forumuna hazırlıqla bağlı görülən işlər, Çin xalq respublikasında həyata keçirdiyi layihələr barədə də ətraflı məlumat verilib.