SOCAR və Yaponiyanın JOGMEC korporasiyası əməkdaşlıq haqqında memorandum imzaladılar (FOTO)


Digərləri 30 May 2018 11:08:26 219 0

SOCAR və Yaponiyanın JOGMEC korporasiyası əməkdaşlıq haqqında memorandum imzaladılar (FOTO)

SOCAR və Yaponiyanın JOGMEC korporasiyası əməkdaşlıq haqqında memorandum imzalayıblar.

Bakı. Maksim Tsurkov - Mayın 30-da Bakıda 25-ci Xəzər Beynəlxalq Neft və Qaz Sərgi-Konfransı çərçivəsində SOCAR və Yaponiya İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyinin Neft, Qaz və Metallurgiya Korporasiyası (JOGMEC) arasında Əməkdaşlıq Memorandumu imzalanıb. Trend-in məlumatına görə, geoloji və geofiziki tədqiqatlar, texniki əməkdaşlıq və insan resurslarının inkişafı sahəsində əməkdaşlığa dair memorandumu SOCAR-ın prezidenti Rövnəq Abdullayev və JOGMEC prezidenti Tetsuhiro Hosono imzalayıblar. Azərbaycanın neft-qaz layihələri Yaponiya şirkətlərinin daim diqqət mərkəzindədir. 20 ildən artıqdır ki, Azərbaycanın yeni neft strategiyası çərçivəsində SOCAR və Yaponiyanın ITOCHU, eləcə də INPEX şirkətləri arasında qarşılıqlı maraqlara əsaslanan səmərəli əməkdaşlıq həyata keçirilir.