Almaniya milli komandasının futbolçuları arasında insident baş verib


Digərləri 30 May 2018 10:39:25 183 0

Almaniya milli komandasının futbolçuları arasında insident baş verib

Mübahisənin toqquşmaya çevrilməməsinin qarşısını Miroslav Kloze alıb

Rusiyadakı dünya çempionatına hazırlaşan futbol üzrəAlmaniya milli komandasının məşqində insident baş verib.

"Report"un "Bild"ə istinadən verdiyi məlumata görə, müdafiəçilər Yozua Kimmix və Antonio Rudiger epizodların birində kəllə-kəlləyə gəliblər. Onların arasındakı mübahisənin toqquşmaya çevrilməməsinin qarşısını məşqçilər heyətinin üzvü Miroslav Kloze alıb.

Bu, gərgin hazırlıq prosesindəki ilk insident olmayıb. Başqa bir epizodda top uğrunda mübarizə zamanı Leroy Sane Yulian Drakslerin sifətinə dirsək zərbəsi endirib. Həkim müdaxiləsindən sonra Draksler məşqi davam etdirib.

Hazırda Bundestimin məşqində 27 futbolçu iştirak edir. Baş məşqçi Yoahim Löv iyunun 4-dək 4 oyunçunu heyətdən kənarlaşdırmalı və 23 nəfərlik yekun heyəti müəyyənləşdirməlidir.

Qeyd edək ki, dünya çempionatında Almaniya millisi Meksika, İsveç və Cənubi Koreya ilə eyni qrupda yer alacaq.