Akademik Arif Paşayev N.E.Jukovski adına Milli Aerokosmik Universitetinin fəxri professoru adına layiq görülüb


Digərləri 30 May 2018 10:35:00 308 0

Akademik Arif Paşayev N.E.Jukovski adına Milli Aerokosmik Universitetinin fəxri professoru adına layiq görülüb

N.E.Jukovski adına Milli Aerokosmik Universiteti - Xarkov Aviasiya İnstitutunun Elmi Şurasının qərarı ilə Milli Aviasiya Akademiyasının rektoru, Azərbaycanın görkəmli alimi, akademik Arif Paşayev aviasiya və texnika elminin inkişafındakı böyük xidmətlərinə görə universitetin fəxri professoru adına layiq görülüb.

Son.az Trend-ə istinadən xəbər verir ki, Xarkov Aviasiya İnstitutunun məlumatında qeyd olunur ki, N.E.Jukovski adına Milli Aerokosmik Universiteti Arif Paşayev kimi fəxri professoru olmasından qürur hissi keçirir. Arif Paşayev tanınmış ictimai xadim, yüksək elmi-praktiki potensiala malik olan, Azərbaycanda aviasiya təhsilinin müasir səviyyədə inkişafı üçün gərgin əmək sərf edən alimdir.

1957-ci ildə Ukraynanın Odessa Rabitə Universitetini (keçmiş Odessa Elektrotexnika Rabitə İnstitutu) radiofizik ixtisası üzrə bitirib. Həmin universitetin və Ukrayna Milli Aviasiya Universitetinin fəxri doktoru, Ukraynadakı Azərbaycan diasporunun fəxri üzvüdür. Arif Paşayev "Mədəniyyət səfiri" kimi hər iki ölkənin elmi-mədəni, ictimai əlaqələrinin inkişafında səmərəli fəaliyyəti ilə nümunələr göstərir.