Şeydayev qərarsızdır


İdman 30 May 2018 10:38:00 257 0

Şeydayev qərarsızdır

“Pis oynamadıq. Bəzi səhvlər olsa da, ümumilikdə yaxşı oyun oldu”.

Goal.az-ın məlumatına görə, bunu millimizin üzvü Ramil Şeydayev Qırğızıstanla yoldaşlıq oyununundan  (3:1) sonra jurnalistlərə açıqlamasında deyib.Qarşılaşma ilə bağlı fikirlərini açıqlayan forvard bunları deyib: “Meydana qələbə üçün çıxırıq. İstənilən nəticəyə hazır olmalıyıq. Bacardığımız qədər çox qol vurmağa çalışırıq. Yeni baş məşqçinin rəhbərliyi altında ilk qələbəmizi qazanmaq istəyirdik. Bu üzdən nəticə mənim üçün gözlənilməzd olmadı”.

Qarabağ-dan ayrılan futbolçu Avstriya klubu Mattersburg-la anlaşdığı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib: “Avstriyaya gedə də bilərəm, getməyə də. Amma qərarımı hələ verməmişəm. Sadəcə onu deyə bilərəm ki, ölkə xaricində oynayacam. Lakin yerli klublardan təklif alsam, bunu da fikirləşəcəm. Hazırda millinin düşərgəsindəyəm. Ümumiyyətlə, gələcək karyeramla bağlı bir qərar verməmişəm. Toplanışı psixoloji yüklənmə olmadan keçirmək, yığmada oynayaraq qol vurmaq və qələbə qazanmaq istəyirəm".