AXC-nin 100 illik yubileyi şərəfinə “Milli Atçılıq Festivalı” keçiriləcək


Digərləri 30 May 2018 09:58:50 249 0

AXC-nin 100 illik yubileyi şərəfinə “Milli Atçılıq Festivalı” keçiriləcək

Azərbaycan Atçılıq Federasiyası Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi münasibətilə Milli Atçılıq Festivalına start verəcək.

Bakı. Azərbaycan Atçılıq Federasiyası Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi münasibətilə Milli Atçılıq Festivalına start verəcək. Federasiyadan Trend-ə verilən məlumata görə, 2-17 iyun tarixlərini əhatə edəcək festival çərçivəsində bir neçə yerli və beynəlxalq turnirlər baş tutacaq. Əvvəlcə iyunun 2-si Binə Atçılıq Mərkəzində Cıdır üzrə “100 İllik Yubiley Kuboku” keçiriləcək. Kubok uğrunda 24 at və jokeyin iştirakı gözlənilir. Tədbiri izləyəcək qonaqlar, ölkədə fəaliyyət göstərən atçılıq idman klublarının üzvlərinin iştirakı ilə parad izləmək imkanını da əldə edəcəklər. Cıdırın ümumi mükafat fondu 15 000 manatdır.