Energetika naziri: "Azərbaycan dünya bazarında neftin qiymətinin stabilləşməsinə töhfə verib"


İqtisadiyyat 30 May 2018 09:35:00 262 0

Energetika naziri: "Azərbaycan dünya bazarında neftin qiymətinin stabilləşməsinə töhfə verib"

Pərviz Şahbazov: "Azərbaycan beynəlxalq layihələrdə etibarlı tərəfdaş kimi özünü sübut edib"

"Azərbaycan OPEC+ razılaşmasına erkən qoşulub və götürdüyü öhdəlikləri daim yerinə yetirib. Beləliklə, dünya bazarında qiymətlərin stabilləşməsində rolunu göstərib".

"Report" xəbər verir ki, bunu 25-ci Beynəlxalq Xəzər Neft və Qaz “Caspian Oil and Gas” konfransının açılışında Azərbaycan energetika naziri Pərviz Şahbazov bildirib.

"Azərbaycan beynəlxalq layihələrdə etibarlı tərəfdaş kimi özünü sübut edib. İndi isə həm də neftin qiymətinin tarazlamşasında töhfəsini verir", - deyə o, qeyd edib.

Nazirin sözlərinə görə,OPEC+ formatında əməkdaşlıq vəziyyətin tənzimlənməsi üçün də əhəmiyyətlidir.Nazir bazardakı vəziyyətdən daşınaraq qeyd edib ki, dünya bazarında balansın qorunması ilə bağlı tədbirlərə baxmayaq stabilik tam təmin olunmayıb: "Müəyyən geosiyasi reallıqlar neftin qiymətinə təsir edir.Yeni trendllərə baxmayaraq Neft dünya enerji bazarında mühüm mövqeyə sahib olacaq".

O, Azərbaycanın neft tarixindən, "Azəri-Çıraq-Günəşli", "Şahdəniz" və digər yataqların əhəmiyyətindən danışaraqqeyd edib ki, zəngin yataqlar ölkənin neft ehtiyatlarının uzun illər tükənməyəcəyini əminliklə söyləməyə imkan verir.