Müştəri dərzinin başına qayçı ilə ağır xəsarət yetirib


Kriminal 30 May 2018 08:22:00 261 0

Müştəri dərzinin başına qayçı ilə ağır xəsarət yetirib

Mingəçevir şəhərində mübahisə zəminində bir nəfər xəsarət alıb.

Son.az report.az-a istinadən bildirir ki, dərzi sexində işləyən 1987-ci il təvəllüdlü şəhər sakini Mahmudov İsmayıl Məmməd oğlu hazırda şəxsiyyəti məlum olmayan müştəri ilə mübahisə zəminində baş nahiyəsindən kəsici alətlə ağır xəsarət alıb.

Yaralı dərhal xəstəxanaya yerləşdirilib. Onun baş nahiyəsinin ənsə hissəsində xeyli ölçüdə kəsilmiş-deşilmiş yaralar aşkar olunub. İlkin məlumata görə, İsmayıl Məmmədovun başına qayçı ilə xəsarət yetirilib.