Böyük Britaniyada ağır qəza: 14 yaralı


Dünya 30 May 2018 08:25:00 243 0

Böyük Britaniyada ağır qəza: 14 yaralı

Böyük Britaniyada avtobusun iştirakı ilə ağır yol qəzası baş verib.

Trend-in "Sky News" agentliyinə istinadən verdiyi məlumata əsasən, hadisə Kent qraflığının Dartdord şəhərində baş verib.

25 avtomobilin zədələndiyi qəza nəticəsində 14 nəfər yaralanıb. Onlara yerində tibbi yardım göstərilib.