Piyadanı vuraraq xəstəxanaya aparan sürücü oradan qaçıb


Kriminal 30 May 2018 08:29:00 262 0

Piyadanı vuraraq xəstəxanaya aparan sürücü oradan qaçıb

Gecə saatlarında Abşeron rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Son.az report.az-a istinadən bildirir ki, 1984-cü il təvəllüdlü Əhmədov Fuad Ələkbər oğlu "Qurtuluş 93" yaşayış massivinin qarşısındakı yolun qaranlıq hissəsindən keçərkən onu "Mercedes" markalı minik avtomobili vurub.

Sürücünün köməkliyi ilə yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.