Abşeronda piyadanı vuraraq xəstəxanaya aparan sürücü oradan qaçıb


Sosial 30 May 2018 03:57:56 286 0

Abşeronda piyadanı vuraraq xəstəxanaya aparan sürücü oradan qaçıb

Hadisə "Qurtuluş 93" yaşayış massivinin qarşısında baş verib

Gecə saatlarında Abşeron rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un xəbərinə görə, 1984-cü il təvəllüdlü Əhmədov Fuad Ələkbər oğlu "Qurtuluş 93" yaşayış massivinin qarşısındakı yolun qaranlıq hissəsindən keçərkən onu "Mercedes" markalı minik avtomobili vurub.

Sürücünün köməkliyi ilə yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Abşeron Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisəni törədən sürücü yaralını xəstəxanaya yerləşdirdikdən sonra, məsuliyyətdən yayınmaq üçün uzaqlaşıb. Hazırda sürücünün axtarışı davam etdirilir.