Tehranda təyyarə qəzaya uğrayıb, ölən və yaralananlar var


Dünya 29 May 2018 23:57:00 305 0

Tehranda təyyarə qəzaya uğrayıb, ölən və yaralananlar var

Tehranda yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.

Son.az APA-ya istinadən xəbər verir ki, qəza nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb.

Tehran Təcili Tibbi Yardım idarəsinin məlumatına görə, hadisə İmam Xomeyni adına hava limanının yaxınlığındakı Vəhnabad bölgəsində baş verib.