Allah nə qədər ümmət yaradıb?


Digərləri 29 May 2018 23:50:00 356 0

Allah nə qədər ümmət yaradıb?

Ümumən ümmətlər çoxdur və onların sayı barədə islamda hər hansı bir səhih məlumat yoxdur. Uca Allah buyurur: "Yer üzündə gəzən heyvanların və (göydə) uçan iki qanadlı quşların hamısı sizin kimi ümmətlərdir. Biz Kitabda heç bir şeyi nəzərdən qaçırmadıq. Sonra onlar Rəbbinin hüzuruna toplanılacaqlar". (əl-Ənam, 38).

Son.az zikr.az-a istinadən bildirir ki, Abdullah ibn Muğaffəl (Allah ondan razı olsun) Peyğəmbərin (salləllahu aleyhi və səlləm) belə buyurduğunu rəvayət etmişdir: "Əgər itlər də digər ümmətlər kimi, bir ümmət olmasaydı, onları öldürməyi əmr edərdim. Onlardan tünd qara olanı öldürün!" (ət-Tirmizi, 1486 və hədisə "səhih" deyib. Əbu Davud "Sunən", 8/26, 2845; ən-Nəsai, 4280; İbn Məcəh, 3205).