Biləsuvarda toqquşmadan yayınıb qəza törətdilər


Digərləri 29 May 2018 23:32:00 250 0

Biləsuvarda toqquşmadan yayınıb qəza törətdilər

Mercedes və Kamaz yol kənarındakı maneəyə çırpılıb

Biləsuvar rayonunda iki avtomobilin iştirakı ilə yol qəzası baş verib.

Son.az "Report"a istinadən bildirir ki,  rayonun Amankənd kəndi ərazisində "Mercedes" və "Kamaz" markalı avtomobillər toquşmadan yayınaraq yol kənarındakı maneəyə çırpılıb.

Qəza zamanı xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.