Yeni doğulmuş uşaqlar niyə səpir?


Digərləri 29 May 2018 23:35:00 403 0

Yeni doğulmuş uşaqlar niyə səpir?

Əksər yeni doğulmuş körpələrdə bir çox fərqli-fərqli səpkilərə rast gəlirik. Bu isə əksər valideynlərdə narahatlıq hissi doğurur.

Son.az medicina.az-a istinadən bildirir ki, uzman pediatr Altay Abdullaoğlunun sözlərinə görə, bu səpkilər bir çox hallarda hətta qorxulu görünsə də, fizioloji, yəni normal haldır:

"Bunlardan biri də "Neonatal pustular melanosis" dediyimiz səpkilərdir. Bu səpkilər körpədə əsasən yanaqda, boyunun arxasında, beldə, ətraflarda, əl və ayaqlarda olur. Adətən 3 həftəsindən 3 ayına kimi görünür. Heç bir müalicə tələb etmədən öz-özünə keçib gedir".