Elə bir natiqdir ki, dili həqiqəti danışmaqdan yorulmaz
Digərləri 29 May 2018 23:20:00 270 0
Həzrət Peyğəmbər (s) buyurur: "Quranın başqa kəlamlara qarşı fəzilət və üstünlüyü, Allahın məxluqları üzərindəki fəzilət və üstünlüyü kimidir".
Son.az deyerler.org-a istinadən bildirir ki, Həzrət Rəsuli-Əkrəm (s) buyurur: "Quran hər şeydən üstündür, Allahın İlahi zatından başqa".
Peyğəmbərimiz (s) buyurur: "Quran - qaranlıqdan aydınlığa doğru yol göstərəndir, korluqdan sonra gözü görmək kimidir, mələklərdən pakdır, alçaqlardan üstündür və dünyadan axirətə doğru yol göstərəndir. Sizin dininizin kamalı ondadır".
Həzrət Rəsulallah (s) buyurur: "Quranda sizdən əvvəl və sizdən sonrakıların xəbəri vardır. O, dahidir ki, onda yersizlik yoxdur. O, elə kitabdır ki, hər kim onu tərk edər - Allah onu tərk edər. Hər kim ondan qeyrisindən hidayət istəyər - Allah onu zəlil edər. O, Allahın möhkəm kəndiridir".
Mənbə: milli.az