Rəqaib qəndili, merac qəndili və s. gecələri xüsusi qeyd etmək olarmı?


Digərləri 29 May 2018 22:50:00 295 0

Rəqaib qəndili, merac qəndili və s. gecələri xüsusi qeyd etmək olarmı?

Salam. Dinimizdə hər hansı gecəni xüsusiləşdirib qeyd etmək, şam yandırmaq və s. yoxdur. Dində olmayan şeyi sonradan dinə əlavə etmək böyük günahdır.

Son.az zikr.az-a istinadən bildirir ki, Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "(Dində) ən pis işlər sonradan ortaya atılan işlərdir". (Muslim "Cümə", 43). "(Dində) sonradan ortaya atılan hər şey bidətdir". (ən-Nəsai "İ'deyn, 22; İbn Məcəh "Müqəddimə", 7). "Hər bir bidət zəlalətdir. Hər bir zəlalət isə Cəhənnəm odundadır". (Muslim "Cümə", 43; Əbu Davud "Sünnət", 6). Qəndil gecələri adı ilə tanınan gecələr Rabiul-Əvvəl ayının 12-ci gecəsi Mövlud, Rəcəb ayının ilk cümə gecəsi olan Rəqaib və yenə bu ayın 27-ci gecəsi olan Merac, Şaban ayının 15-ci gecəsi Bəraət və Ramazan ayının 27-ci gecəsi olan Qədr gecələridir. Osmanlı dövləti dövründə, daha dəqiq desək, padşah II Səlimin hakimiyyət illərindən etibarən bu gecələr minarələrdə qəndil yandırılıb elan edildiyinə görə qəndil adlandırılmağa başlanmışdır. Halbuki mövlud, mirac və digər hadisələrin dəqiq hansı tarixə düşdüyü ilə bağlı səhih dəlil yoxdur. Son.az