Musiqi məktəbinin yubiley konserti keçirilib (FOTO)


Digərləri 29 May 2018 22:32:40 268 0

Musiqi məktəbinin yubiley konserti keçirilib (FOTO)

11 nömrəli musiqi məktəbinin yaranmasının 60 illik yubileyi münasibəti ilə konsert keçirilib.

Bakı. Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin 11 nömrəli onbirillik musiqi məktəbinin yaranmasının 60 illik yubileyinə həsr olunmuş konsert keçirilib. Konsert məktəbin xalq çalğı alətləri orkestrının ifasında Ü.Hacıbəylinin “Koroğlu” operasından “Uvertyura” ilə başlayıb. Sonra şagirdlərin ifasında “Heyratı” zərb muğamını, V.A. Mosartın “Seraldan qaçırılma” və digər Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndirilib. Sazçalanlar ansamblı “Şirvan gözəlləməsi” əsərini, nağaraçalanlar ansamblı isə “Azərbaycan ritmləri” ni təqdim ediblər.