“Azerbaijan Golden Kids Awards 2018” layihəsinin nominantları bəlli olub FOTO


Digərləri 29 May 2018 22:11:00 291 0

“Azerbaijan Golden Kids Awards 2018” layihəsinin nominantları bəlli olub  FOTO

Könüllülər İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə bu il 1 iyun uşaqların beynəlxalq müdafiəsi gününə həsr olunmuş "Azerbaijan Golden Kids Awards 2018" uşaq nominasiyaları üzrə mükafatlandırma mərasimi təşkil olunur.

Son.az Trend-ə istinadən bildirir ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə keçirilən layihənin məqsədi 3-15 yaşadək olan uşaqların iştirakını təmin edərək onların inkişafına və peşə bacarıqlarının üzə çıxmasına dəstək olmaqdan ibarətdir.

Layihənin əsas tədbiri, təntənəli Qala gecəsi 2 iyunda Nizami Kino Mərkəzində baş tutacaq. Qala gecəsində qaliblər 32 nominasiya üzrə mükafatlandırılacaq.

Qeyd edək ki, tədbirdə dövləti təmsil edən rəsmi şəxslərin, millət vəkillərinin, qeyri-hökümət təşkilarlarının nümayəndələrinin və mədəniyyət və incəsənət xadimlərinin iştirakı nəzərdə tutulur.