Uşaqlar ilk 5 aylarında ana dilini həmişəlik yadda saxlayırlar


Digərləri 29 May 2018 22:05:00 310 0

Uşaqlar ilk 5 aylarında ana dilini həmişəlik yadda saxlayırlar

Cənubi Koreya universitetinin mütəxəssisləri tərəfindən aparılan tədqiqata görə, hətta insan uşaq yaşalrından başqa bir ölkəyə köçsə və dilini unutsa belə o, ana dilinin dərinliklərini gizlincə qoruyub saxlayır.

Tədqiqatda Cənubi Koreyadan övladlığa götürülmüş amma hollandca danışan böyük insanlar iştirak edib. Onlar koreya dilini bilməsələr belə, bu dildəki sözləri tələffüz etmək bacarığını qoruyub saxlayıbar.

Burdan yola çıxan alimlər bu qənaətə gəliblər ki, valideynlər uşaqlarıyla doğulan gündən danışmağa başlamalıdırlar.

" Tədqiqatın yekun nəticələrinə görə uşaqlar vacib dil biliklərini ilk 5 ayında alirlar. Bu bilikləri uzun illər sonra əlavə səy göstərmədən dilin öyrənilməsi possesində bərpa etmək mümkündür. Daha dəqiq desək bu cür insanlara yeni dili öyrənmək yetərincə asan olacaq", -deyə tədqiqatın rəhbəri Ciun Çou bildirib.

Alimlər iki qrup hollandlı arasında - ölkədə doğulub böyüyən və körpəlikdən övladlığa götürülən hollandlar arasında dil testi keçiriblər.

Məlum olub lki, 6 aylığında övladlığa götürülən uşaqlar öz həmyaşıdlarından fəqrli olaraq onlara tanış olmayan dildəki sözləri düzgün tələffüz edirlər. Hollandiyada doğulanların tələffüzündə isə holland dilinin təsiri özünü göstərib.