Ayətullah Əli Xameneyi onu tənqid edən tələbəyə cavab verdi FOTO


Dünya 29 May 2018 21:57:00 344 0

Ayətullah Əli Xameneyi onu tənqid edən tələbəyə cavab verdi  FOTO

İranda Ali dini liderlə tələbələr arasında təşkil edilmiş görüş vaxtı tələbələr ölkədəki vəziyyətlə bağlı tənqidi çıxışlar ediblər, yerli media xəbər verir.

Tədbir bazar ertəsi Tehran şəhərində keçirilib.

Son.az virtualaz.org-a istinadən bildirir ki, İran mediası görüş vaxtı Əli Xameneyi qarşısında çıxış edən Səhər Mehrabinin Ayətullaha dediklərini işıqlandırıb.

Səhər Mehrabi ölkədəki siyasi, iqtisadi və sosial vəziyyəti tənqid edərkən bilavasitə Ali rəhbərin tabeçiliyində olan qurumların ictimai nəzarətdən kənarda qaldığını deyib.

İranın Ali dini rəhbəri tənqidi qismən qəbul etsə də, İranın siyasi sistemini müdafiə edib.

Səhər Mehrabinin toxunduğu mövzular çoxdandır ki, səslənir, lakin onların Ali dini rəhbər qarşısında qaldırılması nadir haldır, BBC News Farsca xəbər verir.

Əli Xameneyiyə müraciətində xanım Mehrabi, o cümlədən təbəqələr arasında bərabərliyin pozulması, hakimiyyətə etimadın azalması, ekoloji böhran, korrupsiya və işsizlik kimi mövzulara toxunaraq deyib ki, bu cür halların yayılması ictimai həmrəyliyə dağıdıcı təsir göstərir.

Tələbənin sözlərinə görə ifadə azadlığına hücumların artması, media süzgəcləri və informasiyaya giriş məhdudiyyətləri vətəndaşları qanuni etiraz vasitələrindən məhrum edib.

O deyib ki, "sağlam, bitərəf və müstəqil" ədliyyə sisteminin yaradılması ilə insanların öz müqəddəratını müəyyənləşdirmək haqqı tanınmalıdır.


Xəbərə aid fotolar